13 il bir yerdə
20.04.2009 14:24
Rəfiqəmlə ONU mağazada gördüm, o saat xoşuma gəldi, elə bil üstümə qaynar su tökdülər. 2 dəqiqə bir-birimizə baxdıq, sonra gülümsədi və ...
Bu il ərzində mən başqa oğlanla görüşməyə başladım, o çox işgüzar, sakit, mənə qarşı ciddi idi. Mən onu sevmirdim və o bunu bilirdi, lakin ümid edirdi ki, vaxt keçdikcə mən onu sevəcəm. Valideynləri razı idilər və mən demək olar ki nişanlı idim. Mənsə hələ də Onu fikrimdən ata bilmirdim, özümü indiki bu sakit və möhkəm əlaqələrimlə sakitləşdirirdim. Məni necə sevir və hər baxışımdan və jestimdən anlayır. Günlərin birində rəfiqəm gəlib mənə dedi ki, yeni ofisin birinji mərtəbəsində Onu görüb. Üstümə elə bil yenə qaynar su tökdülər, qaçdım birinci mərtəbəyə ki onu görüm, çünki onu görməyə böyük ehtiyajım vardı. O ofisdə tanış qız işləyirdi. Ondan ofis mebelini görüb nə olduğunu soruşdum. Cavabında o mənə yeni, əla iş yoldaşlarımızın gəldiyini dedi. 2 gün birinci mərtəbəyə getməyimin nəticəsi olmadı, onu görə bilmədim. Bir gün işə gələndə Onu gördüm, yolu mən tərəfə keçirdi. Yaxınlaşıb bir-birimizə gülümsündük, hətta qucaqlaşmaq da istədik, lakin nəsə saxladı. Bütün günü kabinetdən çıxmadım. Onu görməyə qorxurdum. Axşam evə gedəndə gördüm məni ötürməkçün gözləyir. O biri gün 8 mart idi (sonra toy umuz da elə həmin gün 8 martda olacaq), ofisimizdə əyləncə idi (yeri gəlmişkən həmən əyləncə gecəsində mənə digər evli iş yoldaşım məhəbbət etirafı etdi. 19 yaşlı qıza belə bir etiraf etməyin mənası nə idi o vaxt mənə sirrli qaldı). Evə hazırlaşanda gördüm O yenə məni gözləyir və məni öz ofislərinə qalxmağa dəvət etdi, onlarda da orda qonaqlıq idi. Məni isə o biri oğlan gözləyirdi, onunla dostlarının əyləncə gecəsinə getməliydik. O anı düşünəndə elə bil burulğana düşdüm... Onunla rəqs edəndə mənə bir də məni buraxmayacağını deməyi yadıma düşdü. Yaxşıdır ki, o vaxt mobil telefonlar yox idi və məni heç kim tapa bilmirdi. Evə gələndə xoşbəxt idim, anamdan danlaq aldım. Oğlan evə edib incikliyini bildirmişdi. Mən də onun sözünü yadına saldım, əgər xoşbəxtliyimi istəyirsə buraxsın məni. Növbəti gün ona izah etmək asan iş olmadı.
Bizdə yenə şiddətli emosiyalar, davalar, göz yaşları və özünü qaşısını almaq mümkün olmayan dəli məhəbbət. Biz hətta nişanlandıqdan sonra elə dava etdik ki, az qala üzüyü qaytaracaqdım. Toydan sonra biz nələr eləmədik, necə hal-təbdən çıxırdımsa o qapını çırpıb gedirdi və əlbətdə ki 30 dəqiqədən sonra qayıdırdı. İndi artıq böyümüşük, bir-birimizə anlamlı yanaşırıq və güzəşt edirik. Yenə də hərdən ehtiras şiddətlənir. Artıq 13 ildir bir yerdəyik.
İstifadəçi Nikolun hekayəsi
