SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Döşlə əmizdirməni necə bərpa etmək olar?
    Əgər siz bir neçə ay bundan əvvəl döşlə əmizdirməni kəsmişdinizsə, çox güman ki, döşünüzdən az da olsa maye sıxıb çıxara bilərsiniz. Sizin süd əmələ gətirmə mexanizminiz tam dayandırılmayıb. Döşlə əmizdirməni...
  • Hamilələr üçün qimnastika
    Hamilə qadına gimnastika nə üçün lazımdır? Məşğələləri yerinə yetirərkən, müxtəlif orqanların qan dövranı yaxşılaşır. Doğuş – qadın fiziologiyası üçün bir sınaqdır. Hazırlıqsız qadınlarda çox vaxt...
  • Hamiləlik dövründə bel ağrıları
    Hamiləlik zamanı demək olar ki, qadınların yrası bel ağrısından əziyyət çəkirlər. Əksər hallarda bu ağrılar onurğa sümüyünə düşən yük və qarın əzələlərinin dartılması nəticəsində olur. Ağrılar hamiləliyin...

Partnyorlar

Netty2009 Winner
 
Banner

08.08.08 tarixində toyumuz oldu

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Çox yaxşı və mədəni bir cavan oğlanla görüşürdüm. Ciddi görüşürdük və artıq nişan haqqında söhbətlər də gedirdi. Lakin hiss edirdim ki, qismətim bu deyil anam da deyirdi: -Özün bilərsən ancaq qızın sənin yanında belə bir insanı təsəvvür etmirdim, görkəminizdən belə bir-birinizə yaraşmırsınız.


Temperamentlərimiz də çox fərqli idi. O çox təmkinli, mən də onunla təmkinli idim. Qəlbimdə çılğın hisslər arzulayırdım, həqiqətdə isə sakit və stabil həyat idi. Günlərin bir günü əyləncəli bir saytda qeydiyyatdan keçdim. Gecələr demək olar yatmadığımdan çox vaxt virtual gündəlikləri oxuyur onlarda yazılanlar barədə fikirlərimiz bölüşürdüm. Yarım il keçdi və bir gün rastıma maraqlı bir nikneym çıxdı, onun səhifəsinə daxil oldum. Anama onun şəklini göstərdim, anam dedi: - Yaraşıqlıdır. Anamın bu sözlərinə mən də cavab verdim: - Bax belə birisi ilə görüşmək istərdim. Onun gündəliyini tanış oldum, onun işi dostları barədə məlumatları oxuyurdum. Məlum oldu ki, o nişanlı idi ancaq şəxsi həyatı barədə çox az yazırdı. Günlərin bir günü gündəliyində belə bir mesaj buraxdı ki, artıq nişanı pozub və tamamilə azad bir insandır! Cavab verdim ki, üzülməsin... bu da keçib gedəcək. Bax beləcə tanış olduq. Yazışmağa başladıq, adımı belə bilmirdi. Mənə şəxsi mesaj göndərdi və məlum oldu ki, bir-birimizdən 5 dəqiqəlik məsafədə yaşayırıq. Daha sonra ona şəklimi göndərdim.

Görüşdük, və beləcə bütün düşüncələrimlə yalnız onun barəsində fikirləşməyə başladım. Sonra isə mən başqa şəhərə, qohumlarımın yanına köçdüm. Və qatarda gedərkən ilk dəfə öz mobil telefonumdan ona mesaj yazdım. Özgə şəhərdə görüşdüyüm oğlanla vidalaşmaq qərarına gəldim. O zaman bilmirdim onunla görüşəcəyik yoxsa elə virtual dost olaraq qalacayıq. Ayrılıq uzun mərhələli bir prosesə çevrildi (yalnız bu artıq başqa əhvalatadır).


Onunla görüşməyə başladıq, və onunla görüşməyimizdən artıq 3,5 ay keçmişdir ki, o əlimdən tutaraq “mən keşmiş münasibətlərimi tamamilə unutdum və səninlə yeni həyata başlamağa hazıram” dedi. Sən mənə bu imkanı verəcəksənmi?:- əlavə etdi. Bax beləcə biz görüşməyə başladıq. Hisslər bizi bürümüşdü, qızlar. Hər şey var idi, kədər də, sevinc də, sürprizlər, göz yaşları, mübahisələr, uzun aylar ərzində ayrılıq, qısqanclıq ... bir ömür uzunluğunda 2 il. Nəticədə biz bunları yaşadıq, bu sınaqları keçdik və başa düşdük ki, bir-birimiz üçün yaranmışıq! 08.08.08 tarixində toyumuz oldu!!! Çox xoşbəxtik, toydan sonra bir-birimizə daha diqqətli olmuşuq.

 

istifadəçi Sparklın hekayəsi