Emil və Emiliya
07.05.2009 15:16
Gözəl bir gün idi, 9 mart günü. Mən icq proqramı ilə qeydiyyatdan keçdim və virtual canlı ünsiyyət mənə maraqlı gəlmişdir. Özüm bu formada ünsiyyətə ciddi baxmırdım, tanışlar da müxtəlif neqativ əhvalatlar danışmışdılar. Bu anda bir cavan oğlan mesaj göndərdi, çox mədəni tərzdə salamlaşaraq tanış olmağı təklif etdi (heş demə özü də bu proqramda yeni istifadəçi idi). Özünü təqdim etdi, dedi: - Adım Emildir. Cavabında dedim ki mənim adım Emiliyadır.
O isə elə bildi ki, onunla zarafat edirem. Dedi:- Çox gülməlidir bəs əsl adın nədir? Cavabında söylədim ki, mənim elə əsl adım Emiliyadır. Bax belə ünsiyyətimizi qurduq və Emiliya ilə Emilin əhvalatı belə başladı. Maraqlısı budur ki, həmin gün hər ikimiz birinci dəfə idi ki, icq proqramına girmişdir. Fikirləşirəm ki, bu bizim Taleyimiz idi!!! Görüşdük, çox mədəni və rahat ünsiyyət quran və yaraşıqlı idi. Mən həmişə qarışıq köklü adamla ailə qurmaq istəmişəm, çünki elə mənim öz nənəm də yunan idi. 9 yanvar tarixində nişanlandıq, 9 iyunda isə toyumuz oldu. Oğlumuz olanda isə hamı bizimlə zarafatlaşırdı ki adını Emin qoyaq. Bu yəqin lap ağ olardı.
İstifadəçi emildanın hekayəsi
