SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

Partnyorlar

Netty2009 Winner
 
Banner

Mən Yeni ili sənlə keçirmək istəyirəm.

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Məndə uzun hekayədir. İş ondadır ki, ərimlə tanış olana qədər 6 il başqa oğlanla görüşürdüm, o isə mənə xəyanət edib yaxın qohumu ilə evləndi. Allah xoşbəxt eləsin! Oğullu-qızlı olsunlar! Mənsə toy günlərində bağlı otaqda ağlayırdım. Sonra yaxın rəfiqəmə zəng edib, ağlamaq, ürəyimi açmaq istədim.

Valideynlərimdə dəmiryol telefonu olduğundan şəhər teelfonlarını 8-dən sonra yığmaq lazım idi. Mən təkidlə 8 yığırdım, fit səsi gəlmirdi ki, gəlmirdi... bu 19 mart 1999-cu ildə olub. Mənimsə ürəyim partlayır, anama danışıb kefin pozmaq istəmirəm. Amma danışıb kiməsə ürəyimi açmaq istəyirdim. Çox fikirləşmədən, daxili nömrələrdən hansı olursa olsun yığdım, indiyənədək yadımdadır 6363. dəstəy cavan oğlan qaldırdı. Sonra mənə deyəcək ki, işdə idi çıxmağa hazırlaşırdı hətta paltosunu geymişdi, ancaq dəstəyi qalıdırıb qadın hönkürtüsünü eşidəndə, paltosunu çıxarıb diqqətlə qulaq asmağa başladı. Mənsə ona bütün tariximi bugünkü günə kimi danışdım. Düz bir ildən sonra, 19 martda biz evləndik. Deyəcəksiniz belə olmur? Oldu...ancan toy o saat olmadı, təqrbən 6 ay biz bədbəxtlik dostları idik (onun da 5 illik hekayəsi vardı). Biz hər gün işdən sonra görüşüb, acgözlüklə öz mənəvi nigarançılığımızdan danışırdıq. Yaralı insanı kim daha yaxşı anlayardı? Ancaq ona oxşayan. Bir gün gördük ki, biz keçmişdən daha az danışırıq, bugünü, evi, işdə olan problemləri müzakirə edirik. Ən gülməlisi o idi ki, ilk görüşdə o mənə dedi ki, heç vaxt evlənməyəcək, ona görə ki, onun sevgisi çox güclüdür heç ir qadın ona o hissləri qaytara bilməz. Bir neçə ay keçdikdən sonra, indiki kimi yadımdadır. 25 dekabrda mənə dedi ki, Yeni ili bizdə evdə, mənim yaxınlarımla keçirməyə hazırlaşır. Mən bu arzudan şokda idim. « danışırsan? Amerikada yaşayırsan?Kim kimi bizə gələcəksən?», zarafat edirdim onunla. «Dost kimi. Biz dostuqmən doğrudan onu başa düşmürdüm hətta bir saniyəlik ona hörmətimi itirdim, fikirləşdim görəsən məni sayır bu. «Yox, bu ola bilməz! Mənim atam elə müasir deyil, bağışla...» O başını qaşıyıb bir müddət düşündü dedi: «onda neyləyək? Mən Yeni ili sənlə keçirmək istəyirəm. Bu il sən mənimçun ən yaxın insan olmusan. Onda evdəkilərə de ki, 27-si bizimkilər sizə gələcəklər...» Mənim üzümdəki ifadəni təsəvvür edirsiniz? «Necə yəni bizimkilər sizdə olacaqlar?», - başa düşmədim mən. «Neyləmək olar? Əgər mən sənin üçün heç kiməmsə mənim sizin stolun arxasında oturmağa yerim yoxdursa, onda adaxlın olum» Elə bilirdim ki, o zarafat edir, amma yenə anama danışdım. Səhər məndən soruşdu ki, bizimkilər hazırdı onları qəbul eləməyə? Qısası, 27 dekabrda onlar bizdə idilər, 29 dekabrdanişanlandıq 31 dekabrda o, istədiyi kimi, bizim evdə istəkli qonağa çevrildi. Toya hazırlaşanda isə təklif etdim ki, onu bizim günümüzdə – 19 martda eləsinlər. Ancaq bu il bu tarix bazar ertəsinə düşürdü deyə sevgilim istəmirdi ki, toy o gün olsun. O ya 20-si ya da 23-ü təklif etdi. Mübahisə eləmədim, fikirləşdim, qoy necə istəyir elə etsin. Şadlıq evinin rəhbərliyi ilə danışmağa gedəndə məlum oldu ki, bütün günlər məşğuldur, tək 19-u boşdur. Necədir sizin üçün? Beləcə 1 ildən sonra möcüzə baş verdi. Subaylarınızdan görəsiniz!

İstifadəçi Laloçka hekayəsi